Əl Şaraadan Trampa gözlənilməz təklif: Nyu-Cersini İsrailə verin
Bizi izləyin

Dünya

Əl Şaraadan Trampa gözlənilməz təklif: Nyu-Cersini İsrailə verin

Əl Şaraadan Trampa gözlənilməz təklif: Nyu-Cersini İsrailə verin

Suriya prezidenti Əhməd Əl Şaraanın Nyu-Yorkda keçirilən “Atlantik Şurası”nın panelində çıxışı zamanı səsləndirdiyi fikirlər diqqət çəkib.

Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, Şaraa Qolan təpələrinin BMT tərəfindən Suriya ərazisi kimi tanındığını xatırladıb.

ABŞ prezidenti Donald Trampın Qolan təpələri üzərində İsrailin suverenliyini tanıması ilə bağlı suala cavab verən Şaraa, Ağ Evdə Trampa etdiyi zarafatı açıqlayıb.

“Niyə israillilərə Nyu-Cersini vermirsiniz? Onlara vermək istədiyiniz Qolan təpələri sizə məxsus deyil, amma Nyu-Cersi sizindir. Hesab edirəm ki, Nyu-Cersi Demokratlarla doludur və onlar Trampa səs vermirlər. Buna görə də onu israillilərə vermək yaxşı olardı”, - deyə Şaraa qeyd edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm