Aİ Ukraynaya verilən pulun yolunu kəsir: Zelenskinin qarşısına şərt qoyuldu
Bizi izləyin

Dünya

Aİ Ukraynaya verilən pulun yolunu kəsir: Zelenskinin qarşısına şərt qoyuldu

Aİ Ukraynaya verilən pulun yolunu kəsir: Zelenskinin qarşısına şərt qoyuldu

Avropa İttifaqı Ukraynaya büdcə yardımının daha da artırılmasını yeni qanunların qəbul edilməsi və islahatların həyata keçirilməsi ilə əlaqələndirib.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” Ukrayna Prezidenti Vladimir Zelenskinin Nyu-Yorkda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə görüşünün nəticələrinə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqlar gərgin keçib. Aİ nümayəndələri Kiyevdən iqtisadiyyatın kölgə sektorunun azaldılmasına, vergi daxilolmalarının artırılmasına və Ukrayna qanunvericiliyinin Avropa İttifaqının normalarına yaxınlaşdırılmasına yönəlmiş qanunların qəbulunu sürətləndirməyi tələb ediblər.

Ursula fon der Lyayen görüşdən sonra bildirib ki, islahatlar Ali Radada irəlilədikcə əlavə büdcə dəstəyi də təqdim olunacaq.

“Bu təqvim ilində bizim hələ 37 milyard avromuz əlçatandır”, - deyə o qeyd edib.

Kiyev isə tərəfdaşlarından əlavə maliyyə tələb etməkdə davam edir. Ukrayna hakimiyyəti daha əvvəl müdafiə sahəsində 27 milyard dollar vəsait çatışmazlığının olduğunu açıqlayıb.

Bundan başqa, Brüssel 2026-2027-ci illər üçün Ukraynaya 90 milyard avro həcmində kredit ayrılmasını artıq razılaşdırıb. Avropa Komissiyası daha əvvəl bu kreditin ödənişlərini sürətləndirmək niyyətində olmadığını açıqlayıb.

Vəsaitlərin ilkin qrafikə uyğun olaraq iki il ərzində Kiyevə köçürülməsi nəzərdə tutulur. Maliyyənin bir hissəsi Ukrayna büdcəsinin dəstəklənməsinə, digər hissəsi isə hərbi xərclərə yönəldiləcək.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm