Dünya
Yupiter boyda planet kəşf edildi: Alimləri təəccübləndirən sirr
Astronomlar Yerdən təxminən 450 işıq ili uzaqlıqda yerləşən “Elias 2-24” ulduzunun ətrafındakı qaz və toz diskinin içində Yupiterə yaxın kütləyə malik gənc planetin mövcudluğunu təsdiqləyiblər.
Publika.az xəbər verir ki, “Elias 2-24 b” adlandırılan planetin olduqca gənc olması alimlərin planetlərin formalaşma sürəti ilə bağlı mövcud nəzəriyyələri yenidən nəzərdən keçirməsinə səbəb olub.
Planetin yerləşdiyi sistem o qədər gəncdir ki, tədqiqatçılar burada Günəş sisteminin milyardlarla il əvvəlki vəziyyətinə bənzər şəraiti araşdırmaq imkanı əldə edirlər.
“Elias 2-24 b” təxminən Yupiter kütləsindədir və ulduzundan Yerin Günəşdən olan məsafəsindən təxminən 55 dəfə uzaqda yerləşir.
Alimlərin hesablamalarına görə, Günəş-Yupiter məsafəsində Yupiter ölçüsündə planetin formalaşması təxminən 5 milyon il çəkə bilər. Daha uzaq məsafədə belə bir planetin yaranmasının isə daha uzun müddətə başa gəlməsi gözlənilir. Buna görə “Elias 2-24 b”-nin mövcudluğu planetlərin necə və nə qədər sürətlə formalaşması ilə bağlı modellərdə bəzi proseslərin çatışmadığını göstərə bilər.
Tədqiqatçılar hesab edirlər ki, yeni nəsil teleskoplar, xüsusilə NASA-nın “Nancy Grace Roman” kosmik teleskopu, gənc və indiyədək gizli qalan daha çox planetin aşkar edilməsinə imkan verəcək.
Alimlərin fikrincə, bu müşahidələr planetlərin yaranma prosesini daha yaxından öyrənmək üçün yeni kəşf dövrünün başlanğıcı ola bilər.
Araşdırma “ScitechDaily” nəşrində dərc olunub.
Müəllif: Roza
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur














.jpg)


















