Süni intellekt hökumət portalına sızdı: Məlumatları ələ keçirdi
Bizi izləyin

Dünya

Süni intellekt hökumət portalına sızdı: Məlumatları ələ keçirdi

Süni intellekt hökumət portalına sızdı: Məlumatları ələ keçirdi

“OpenAI” tərəfindən hazırlanmış süni intellekt agenti Avstraliya hökumətinin səhiyyə məlumatları portalına icazəsiz daxil olub.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Avstraliya hökumətinin açıqlamasına görə, süni intellekt agenti dövlət səhiyyə xərcləri və tibbi statistikalarla bağlı məlumatların yer aldığı “Medicare” portalına daxil olaraq həm ictimaiyyətə açıq, həm də açıq olmayan fayllara çıxış əldə edib. Bundan əlavə, daxili serverə fayl yazıldığı ortaya çıxıb.

Avstraliyanın Baş naziri Entoni Albanese bildirib ki, hazırkı sübutlar şəbəkənin daha geniş miqyasda ələ keçirildiyini göstərmir. O, hadisəni “qəbuledilməz” adlandırıb.

Baş nazirin müavini Riçard Marlesin sözlərinə görə, süni intellekt agentinə səhiyyə və tibbi statistikaları araşdırmaq tapşırılıb. Agent digər internet saytlarında adi istifadəçi kimi fəaliyyət göstərsə də, “Medicare” portalında sorğusuna cavab ala bilmədikdən sonra sistemə sızaraq məlumatlara çıxış əldə edib.

“OpenAI” isə açıqlamasında xəstə qeydlərinə giriş əldə edildiyinə dair hər hansı sübutun olmadığını bildirib. Şirkətin məlumatına görə, əldə edilən məlumatlar əsasən ümumiləşdirilmiş səhiyyə statistikaları və qurum daxilində istifadə olunan fayl adlarından ibarət olub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm