Dünya
3 min illik sirr yenidən gündəmdə: Misir kraliçasının məzarı haradadır?
Qədim Misirin məşhur kraliçası Nefertitinin itmiş məzarının Tutanxamonun məzar otağının arxasında yerləşə biləcəyi ilə bağlı iddialar yeni araşdırmaların başlamasına səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Bildirilib ki, arxeoloqlar Nefertitinin məzarını tapmaq üçün həmin ərazidə qazma işləri aparmağı planlaşdırırlar. Lakin qərar 1922-ci ildə Tutanxamonun məzarını aşkar edən şəxslərin başına gələn hadisələr səbəbilə narahatlıq yaradıb.
Tutanxamonun məzarının açılmasından bir neçə ay sonra qazıntının maliyyəçisi Lord Karnarvon ağcaqanad dişləməsinin yaratdığı infeksiya nəticəsində həyatını itirib. Daha sonra məzarı ziyarət edən amerikalı maliyyəçi Corc Cey Quld sətəlcəmdən ölüb.
Məzar otağına daxil olan arxeoloq Hyu Evelin-Vayt isə 1924-cü ildə intihar edib. Arxeoloq Artur Meys də qazıntıdan sonra sətəlcəmdən vəfat edib. Bəzi iddialarda onun ölümünün məzardan yayılan göbələk sporları ilə əlaqəli olduğu bildirilib.
Tutanxamonun qalıqlarını araşdıran radioloq Arçibald Rid də əməliyyatdan sonra həyatını itirib. Bütün bu hadisələr fironun məzarının “ölümcül lənətlə” qorunduğu barədə inancların yayılmasına səbəb olub.
Lakin məzarı kəşf edən arxeoloq Hovard Karter bu iddialara baxmayaraq daha 17 il yaşayıb. O, 1939-cu ildə, 64 yaşında xərçəng xəstəliyindən vəfat edib.
İndi isə Nefertitinin məzarının axtarışı ilə bağlı planlar “firon lənəti” ilə bağlı köhnə mübahisələri yenidən gündəmə gətirib.
Müəllif: Roza
-
Rəsmi xronika12:10Prezident ad günü münasibətilə Kobaxidzeni təbrik etdi
-
Rəsmi xronika12:00Prezident forum iştirakçılarına müraciət etdi - YENİLƏNDİ
-
Dünya11:48Yaponiya fəlakətə belə hazırlaşır
-
Sosial11:18Hərbçilərə şad xəbər: Maaşları bu qədər artırılacaq
-
İdman10:42Dünyanın ən seksual qolfçusu bir saat ərzində belə dəyişdi - FOTOLAR
-
Dünya10:30Trampın türk kürəkəni: Toyda özü də iştirak edəcək - FOTO
-
MDB09:30Rusiya vilayətlərinə kütləvi hücum: Ukrayna dronları Ural dağlarına çatdı, itkilər var
-
Ekologiya09:27Yağış yağır - FAKTİKİ HAVA




















.jpg)




.jpg)










