Dünya
Cənubi Koreya-Ukrayna arasında gərginlik: Li Çje Myon Kiyevi ittiham etdi
Cənubi Koreya prezidenti Li Çje Myon Ukrayna tərəfinin Cənubi Koreyaya iki Şimali Koreyalı hərbi əsirin təhvil verilməsi barədə məlumatı ictimaiyyətə açıqlamasına sərt reaksiya verib.
Publika.az xəbər verir ki, Li Çje Myon “X” sosial şəbəkəsində paylaşımında Ukrayna tərəfini əldə olunmuş razılaşmanı pozmaqda və milli təhlükəsizlik məsələsində məsuliyyətsiz davranmaqda ittiham edib.
Cənubi Koreya lideri bildirib ki, insanların həyatını və milli təhlükəsizliyi şəxsi maraqlar naminə təhlükəyə atmaq ağır nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, Şimali Koreyalı hərbi əsirlərin repatriasiyası Koreya yarımadası üçün son dərəcə həssas məsələdir və bu mövzuda məxfi məlumatların qorunması məqsədəuyğun addım olub.
Li Çje Myon Ukrayna tərəfinin məlumatları açıqlamasından ciddi məyusluq duyduğunu vurğulayıb. O, Kiyevin bu addımının səbəblərini bilmədiyini, lakin başqa ölkənin milli təhlükəsizliyinə zərər vura biləcək məxfi məlumatların ictimailəşdirilməsini qəbuledilməz hesab etdiyini bildirib.
Müəllif: Adəm Abbaslı
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib

































.jpg)
