Dünya
Seçkidən sonra Moskvada nə baş verəcək? - Makron 300 minlik səfərbərlikdən danışdı
Fransa prezidenti Emmanuel Makron Rusiyanın parlament seçkilərindən sonra yeni səfərbərlik elan edə biləcəyini bildirib. Onun sözlərinə görə, Moskvada təxminən 300 min nəfərin orduya cəlb olunması ehtimalı var və bununla bağlı bir neçə əlamət müşahidə edilir.
Publika.az xəbər verir ki, Makron "TF1" və "France 2" telekanallarına müsahibəsində Rusiya hakimiyyətinin səfərbərlik qərarını seçkilərdən sonraya saxlamış ola biləcəyini deyib.
“Bu, bizə tamamilə mümkün görünən ssenaridir. Onlar seçkiləri gözləyirdilər. Seçkilər başa çatdı və indi Rusiyanın bunu edəcəyi açıq görünür. Sual ondan ibarətdir ki, bunu açıq şəkildə elan edəcək, yoxsa ictimaiyyətə açıqlamadan həyata keçirəcək”, - Makron bildirib.
Fransa lideri mümkün yeni səfərbərliyin miqyasının əvvəlki ilə oxşar ola biləcəyini deyib. O, hazırda müzakirə olunan ən real ssenarinin təxminən 300 min nəfərin orduya cəlb edilməsi olduğunu söyləyib.
Makronun sözlərinə görə, Moskvanın hazırkı mesajı Donbasın tam nəzarətə götürülməsi üçün daha böyük itkilərə hazır olmasıdır. O, Rusiya ordusunun indiki irəliləmə tempini qoruyacağı təqdirdə Donbasın qalan hissəsinə nəzarəti ələ keçirməsinin 1,5-2 il çəkə biləcəyini iddia edib.
Qeyd edək ki, bundan əvvəl müxtəlif media qurumları və Ukrayna rəsmiləri Rusiya parlament seçkilərindən sonra mümkün yeni səfərbərlik barədə məlumatlar yayıblar. Ukrayna prezidenti Vladimir Zelenski də sentyabrın əvvəlində Rusiyanın ən azı 300 min əlavə hərbçi cəlb etməyə hazırlaşdığını bildirmişdi.
Bununla yanaşı, Rusiya hakimiyyəti yeni səfərbərlik planlarının olmadığını dəfələrlə açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov da daha əvvəl ilin sonuna qədər 300 min nəfərin orduya cəlb edilməsinin planlaşdırılmadığını deyib.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO
-
Hadisə14:38Bakıda anbarda güclü yanğın başladı - VİDEO
-
Rəsmi xronika12:10Prezident ad günü münasibətilə Kobaxidzeni təbrik etdi
-
Rəsmi xronika12:00Prezident forum iştirakçılarına müraciət etdi - YENİLƏNDİ
-
Dünya11:48Yaponiya fəlakətə belə hazırlaşır
-
Sosial11:18Hərbçilərə şad xəbər: Maaşları bu qədər artırılacaq
-
İdman10:42Dünyanın ən seksual qolfçusu bir saat ərzində belə dəyişdi - FOTOLAR
-
Dünya10:30Trampın türk kürəkəni: Toyda özü də iştirak edəcək - FOTO












.jpg)
.jpg)
.jpg)





















