Mitsotakis ritorikanı dəyişdi: Yanaşı yaşamaq bizim taleyimizdir
Bizi izləyin

Dünya

Mitsotakis ritorikanı dəyişdi: Yanaşı yaşamaq bizim taleyimizdir

Mitsotakis ritorikanı dəyişdi: Yanaşı yaşamaq bizim taleyimizdir

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Türkiyə ilə münasibətlərə dair diqqətçəkən açıqlamalar verib.

Publika.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Mitsotakis bildirib ki, son üç ildə Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması, qarşılıqlı etimadın qurulması və dialoq kanallarının açıq saxlanılması istiqamətində davamlı səylər göstərilir.

“Coğrafiyanı dəyişə bilmərik, yan-yana yaşamaq bizim taleyimizdir”, - deyə yunan baş nazir vurğulayıb.

Onun sözlərinə görə, Ankara ilə Afina arasında tarixi yükü olan həssas münasibətlər mövcuddur və regional proseslər fonunda gələcək addımlarla bağlı ortaq anlayışın formalaşdırılmasına ehtiyac var. Mitsotakis bu yanaşmanın beynəlxalq hüquqa və yaxşı qonşuluq münasibətlərinə hörmət əsasında qurulmalı olduğunu bildirib.

Mitsotakis Türkiyə ilə Yunanıstan arasındakı yeganə mübahisənin Müstəsna İqtisadi Zona (MİZ) və kontinental şelfin sərhədlərinin müəyyən edilməsi ilə bağlı olduğunu vurğulayıb. O, BMT-nin Dəniz hüququ haqqında Konvensiyasının bu məsələlərin həlli üçün yeganə institusional çərçivə olduğunu qeyd edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm