Dünya
Ərdoğan Ukrayna müharibəsi ilə bağlı hərəkətə keçir: Bunun üçün...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna müharibəsinin tərəflərinin yenidən danışıqlar masasına qayıtmasına kömək etməyə hazır olduqlarını bildirib.
Publika.az xəbər verir ki, Ərdoğan bu barədə Amerikanın “Newsweek” jurnalına müsahibəsində danışıb.
Türkiyə liderinin sözlərinə görə, bunun üçün yalnız “siyasi iradə” lazımdır. O, hazırda Ankara üçün əsas prioritetin Qara dənizdə kommersiya gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi olduğunu vurğulayıb.
Ərdoğan qeyd edib ki, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə fəal təmaslar saxlayır. Məqsəd hərbi əməliyyatların mülki gəmilərə, ticarət yollarına və enerji infrastrukturuna zərər vurmamasını təmin etməkdir.
Xatırladaq ki, Ərdoğan daha əvvəl Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Türkiyə prezidenti həmin görüşdə Ankaranın müharibənin sülh yolu ilə həlli üçün əlindən gələni edəcəyini bildirib.
Müəllif: Adəm Abbaslı
-
Avropa21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?
-
Region20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi
-
ABŞ19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO











.jpg)





















