Dünya
Polşa və NATO arasında Ukrayna dilemması: Bu qərar Varşavanı müharibəyə sürükləyə bilər
Polşa hələ Ukrayna üzərində uçan pilotsuz uçuş aparatlarını vurmaq barədə qərar qəbul etməyib.
Publika.az xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Stanislav Vzenteк "TVP Info" telekanalının efirində deyib.
Onun sözlərinə görə, belə qərar təkcə Varşava tərəfindən deyil, NATO çərçivəsində müttəfiqlərlə razılaşdırılmalıdır. Vzenteк bildirib ki, Polşanın Ukrayna üzərindəki dronları vurması Moskva tərəfindən Varşavanın döyüş əməliyyatlarına qoşulması kimi qiymətləndirilə bilər. O, mümkün qərarın nə vaxt qəbul ediləcəyini açıqlamayıb.
Bundan əvvəl Polşanın müdafiə nazirinin müavini Tsezari Tomçik ölkənin hərbi pilotlarına hava məkanına daxil olan obyektlərin vurulması ilə bağlı qərar verməyə icazə veriləcəyini bildirmişdi. Bunun üçün yalnız radar məlumatlarının əsas götürülməsi, obyektin vizual şəkildə müəyyənləşdirilməsinin isə tələb olunmaması nəzərdə tutulur.
Polşa Ukraynada müharibə başlayandan sonra hava məkanının qorunması məqsədilə dəfələrlə hərbi aviasiyasını havaya qaldırıb. Rusiya isə zərbələrin yalnız Ukraynadakı hərbi obyektlərə endirildiyini və Polşaya, eləcə də digər NATO ölkələrinə qarşı yönəlmədiyini açıqlayıb.
Müəllif: Adəm
-
Rəsmi xronika14:20İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
-
İdman13:52Dünya bundan danışır: “Real”ın ulduzu oğurlanıb və öldürülüb - FOTO
-
MDB13:46Şimali Koreya Rusiyaya daha 10 min əsgər göndərir: Zelenski Putinin planını açıqladı
-
Rəsmi xronika12:14İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO
-
MDB12:03Lixaçev Putinə hesabat verdi: Ermənistanı tərk edə bilmərik
-
Sosial11:27Müəllimin həbsi ilə bağlı Qarabağ Universitetindən AÇIQLAMA
-
Kriminal11:00Məşhur qəzetin əməkdaşı parkda güllələndi - Qayınatası və qayınanası saxlanıldı
-
Hadisə10:39Qarabağ Universitetinin müəllimi həbs olundu













.jpg)


















.jpg)
.jpg)

