Dünya
Aİ bu qaz kəmərinin işə salınmasına qarşı çıxdı
Avropa İttifaqı Rusiyanın “Şimal axını” qaz kəmərlərinin yenidən işə salınmasına, hətta Ukraynada sülh əldə olunsa belə, qəti şəkildə qarşıdır.
Publika.az xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Paula Pinyon bildirib.
O qeyd edib ki, Aİ Rusiyadan qalıq yanacaq asılılığının gizli xərclərini yaxşı bilir və Moskva bu asılılıqdan enerji silahı kimi istifadə edib. Pinyon vurğulayıb ki, Aİ ölkələrinin 2027-ci ilədək Rusiya qazından tam imtina etmək barədə razılaşması qüvvədə qalır.
Bundan əvvəl Moskva ilə Vaşinqton arasında aparılan danışıqlarda “Şimal axını”nın fəaliyyətinin bərpası məsələsi də müzakirə olunub. Bu variant Ukraynadakı müharibənin başa çatması ilə bağlı mümkün sülh razılaşmasının tərkib hissəsi kimi nəzərdən keçirilib. Lakin ABŞ rəsmiləri partladılmış qaz kəmərinin yaxın və orta perspektivdə yenidən işə salınmasının real olmadığını bildiriblər.
“Şimal axını”nın birinci xətti 2010-2012-ci illərdə Baltik dənizinin dibi ilə çəkilərək Rusiyanın Vıborq limanını Almaniyanın Qrayfsvald şəhəri ilə birləşdirib. İkinci xəttin tikintisi isə 2021-ci ilin sonunda başa çatıb.
Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra “Qazprom” Avropaya qaz tədarükünü azaldıb və bunu Qərb sanksiyaları səbəbindən yaranan texniki problemlərlə izah edib.
Hər iki xəttin fəaliyyəti 26 sentyabr 2022-ci ildə Bornholm adası yaxınlığında baş verən partlayışlardan sonra dayanıb. 2025-ci ilin yayında İtaliya hakimiyyəti təxribatda şübhəli bilinən, Ukrayna qüvvələrinin keçmiş zabiti Sergey Kuznetsovu həbs edərək Almaniyaya ekstradisiya edib. Bu ilin payızında Almaniyada ehtimal olunan partlayış iştirakçısının məhkəməsi başlayıb.
Müəllif: Adəm
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq



































.jpg)
