Dörd avtomobil, üç ölkə, şəxsi təyyarə: Görün Bolsonaronu Braziliyadan necə çıxarıblar
Bizi izləyin

Dünya

Dörd avtomobil, üç ölkə, şəxsi təyyarə: Görün Bolsonaronu Braziliyadan necə çıxarıblar

Dörd avtomobil, üç ölkə, şəxsi təyyarə: Görün Bolsonaronu Braziliyadan necə çıxarıblar

Braziliyada keçirilən prezident seçkilərində məğlub olan Flavio Bolsonaronun ölkədən ayrılaraq ABŞ-a çatmasının təfərrüatı üzə çıxıb.

Publika.az xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, onun Braziliyadan Mayamiyə qədər uzanan səfəri bir neçə ölkəni əhatə edən gizli əməliyyat çərçivəsində həyata keçirilib.

Bildirilib ki, Bolsonaro seçkidəki məğlubiyyətindən sonra Braziliyanın paytaxtı Braziliadakı evini dörd tünd rəngli avtomobildən ibarət kortejlə tərk edib. Avtomobillərin müxtəlif istiqamətlərə hərəkət etməsi onun yerinin müəyyənləşdirilməsini çətinləşdirib.

Məlumata görə, Bolsonaronun ABŞ-a getməsinə onun müttəfiqləri, o cümlədən qardaşı Eduardo Bolsonaro və ABŞ prezidenti Donald Trampın müşaviri Ceyson Miller dəstək verib. Əməliyyatın koordinasiyasında Argentina prezidenti Xavyer Mileyin yaxın çevrəsindən olan Santyaqo Kaputonun da iştirak etdiyi qeyd olunur. Bolsonaro həyat yoldaşı və iki qızı ilə birlikdə Braziliya-Argentina-Paraqvay sərhədinin yaxınlığındakı Puerto-İquasuya gedib. Ailə sərhədi keçdikdən sonra hava limanına aparılıb və Argentinadan şəxsi təyyarə ilə yola düşüb.

İddialara görə, Donald Tramp Bolsonaro və ailəsinin ABŞ-a girişini şəxsən təsdiqləyib. ABŞ-ın dövlət katibi Marko Rubio isə ailə üçün viza prosedurlarını başladıb. Mayamiyə çatdıqdan sonra Bolsonaro Trampa təşəkkür edib və özünü “Braziliyanın lideri” adlandırıb.

Qeyd edək ki, Braziliyada Bolsonaro barəsində korrupsiya və çirkli pulların yuyulması ilə bağlı araşdırmalar aparıldığı bildirilir. Onun ölkədən çıxışına qadağa qoyulması və pasportunu təhvil verməsinin tələb olunması da xəbərlərdə yer alıb. Bu hadisə Flavio Bolsonaronun atası, keçmiş Braziliya prezidenti Jair Bolsonaronun 2022-ci ildəki seçki məğlubiyyətindən sonra ABŞ-a getməsini xatırladıb. Ata və oğulun seçkidən sonra ABŞ-a üz tutması Bolsonaro ailəsinin siyasi mübarizəsinin ölkə hüdudlarından kənara daşınması məsələsini yenidən gündəmə gətirib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm