Dünya
Polşa Ukraynaya qırıcılar göndərir: Biri yalnız ehtiyat hissələrinə yarayır
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və digər hərbi texnika verməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə oktyabrın 29-da “Rzeczpospolita” qəzeti Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri, general Dariuş Lukovskinin açıqlamasına istinadən məlumat yayıb.
General Varşavanın qırıcıları yaxın vaxtlarda Ukraynaya təhvil vermək barədə qərar qəbul etdiyini təsdiqləyib.
Qəzetin məlumatına görə, təyyarələrdən birinin istismar müddəti artıq başa çatıb. Buna görə də Kiyevə həmin qırıcının yalnız ehtiyat hissələrinin göndərilməsi mümkündür. İkinci MiQ-29 isə işlək vəziyyətdədir.
Bundan əlavə, Polşa Ukraynaya digər hərbi texnika, 155 və 152 millimetrlik artilleriya mərmiləri, həmçinin F-16 təyyarələrində quraşdırılan altı lüləli aviasiya topları üçün 20 min ədəd 102 millimetrlik döyüş sursatı verə bilər.
Polşanın Müdafiə Nazirliyi də Kiyevə növbəti hərbi yardım paketinin göndərilməsi planını təsdiqləyib. Bildirilib ki, paketə həm yeni texnika, həm də istismar müddəti başa çatmış hərbi vasitələr daxil olacaq.
Müəllif: Adəm
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq




































.jpg)
