Şagirdlərin etirazı genişlənir: Müəllimlər və valideynlər də küçələrə çxıdılar
Bizi izləyin

Dünya

Şagirdlərin etirazı genişlənir: Müəllimlər və valideynlər də küçələrə çxıdılar

Şagirdlərin etirazı genişlənir: Müəllimlər və valideynlər də küçələrə çxıdılar

Fransada təhsil şəraitinə etiraz edən lisey şagirdlərinin aksiyaları artıq iki həftədir davam edir. Etirazlara bu dəfə müəllimlər, valideynlər və həmkarlar ittifaqları da qoşulub.

Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, müəllim və işçi çatışmazlığına qarşı keçirilən, eləcə də təhsilə daha çox vəsait ayrılmasını tələb edən nümayişlər Paris, Lion, Marsel və Nant da daxil olmaqla bir sıra şəhərlərdə keçirilib.

Şagird təşkilatlarının məlumatına görə, ölkə üzrə təxminən 1800 liseyin girişində blokada yaradılıb və məktəblərin fəaliyyəti dayandırılıb.

Etirazlar zamanı polis müdaxilələri də ciddi müzakirələrə səbəb olub. Lans şəhərində keçirilən aksiyada 15 yaşlı şagird polisin istifadə etdiyi qumbaranın partlaması nəticəsində ağır yaralanaraq əlini itirib. Daha bir şagirdin görmə qabiliyyətini itirdiyi bildirilib. Hadisələrlə bağlı araşdırma başladılıb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 28-dən etibarən 6059 nəfər saxlanılıb. Ədliyyə Nazirliyi isə 5060 nəfərin gözaltına alındığını, onların 4406-nın yetkinlik yaşına çatmayan şəxslər olduğunu açıqlayıb.

Eyni dövrdə 215 şagird, 85 təhsil işçisi, 715 polisin yaralandığı qeyd olunub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm