Dünya
İsrail ultimatum verdi, London geri çəkildi: Şərqi Qüdsdə yeni qərar
London İsrailin ultimatumundan sonra Şərqi Qüdsdəki missiyasının formatını dəyişib.
Publika.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Şərqi Qüdsdəki Baş Konsulluğunun əvvəlki hüquqi statusunda rəsmi fəaliyyətinə xitam verildiyini açıqlayıb.
Bununla belə, “Tərəflər kompromisə nail olublar: bina yeni adla — “Qüdsdə Britaniya Missiyası” (UK Mission, Jerusalem) adı altında fəaliyyətini davam etdirəcək”, - deyə bildirilib.
Qeyd edək ki, bundan əvvəl İsrailin xarici işlər naziri Gideon Saar Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı tətbiq etdiyi ticarət məhdudiyyətlərinə cavab olaraq konsulluğun bağlanmasını tələb etmişdi.
Əldə olunan razılaşmaya əsasən, baş konsul və 20 britaniyalı diplomat İsraili tərk edir. Binada isə fələstinli əhali ilə işin davam etdirilməsi üçün yeddi əməkdaşdan ibarət məhdud texniki heyət qalacaq.
Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend Londonun iki dövlət prinsipinə sadiq qaldığını və fələstinlilərə əsas xidmətlərin göstərilməsini davam etdirəcəyini vurğulayıb.
Diplomatik nümayəndəliyin fəaliyyət səviyyəsinin aşağı salınması bu məsələ ilə bağlı diplomatik əlaqələrin tamamilə kəsilməsinin qarşısını almağa imkan verib.
Müəllif: Valeh
-
Rəsmi xronika18:48İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış etdi - YENİLƏNDİ
-
Ekologiya18:12Sabah leysan olacaq - XƏBƏRDARLIQ
-
Dünya16:4266 il əvvəl hesablayıblar: Dünyanın sonuna 1 ay qaldı?
-
Qoroskop14:46Bu 4 bürcün həyatında yeni dövr başlayır - Qarşıdakı 5 ayda hər şey dəyişəcək
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ
-
Ekologiya12:43Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ



















.png)

















