Dünya
66 il əvvəl hesablayıblar: Dünyanın sonuna 1 ay qaldı?
1960-cı ildə dərc edilən araşdırmada dünyanın sonunun 13 noyabr 2026-cı ildə baş verə biləcəyi irəli sürülüb. Səbəb kimi isə Yer kürəsində əhalinin həddindən artıq artması göstərilib.
Publika.az xəbər verir ki, araşdırmanın müəllifləri son iki min il ərzində dünya əhalisinin artımını təhlil edərək riyazi model hazırlayıblar.
Hesablamalara görə, əhali əvvəlki templə artmağa davam etsəydi, 13 noyabr 2026-cı ilədək onun sayı nəzəri olaraq sonsuzluğa yaxınlaşmalı idi.
Lakin sonrakı illərdə demoqrafik vəziyyət dəyişib. 1990-cı illərin əvvəllərindən etibarən dünya əhalisinin artım tempi zəifləyib, doğum səviyyəsi isə 1960-cı illə müqayisədə təxminən iki dəfə azalıb.
Digər tərəfdən, bəzi araşdırmalara görə, dünya əhalisi 2056-cı ildə təxminən 9 milyard nəfərlə pik həddə çatdıqdan sonra azalmağa başlaya bilər. BMT isə dünya əhalisinin 2080-ci illərə qədər 10,3 milyard nəfərə yüksələcəyini proqnozlaşdırır.
Araşdırma “Science” jurnalında dərc olunub.
Müəllif: Roza
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq






















.jpg)







.jpg)

.jpg)