MDB
Türk dövlətində sabiq prezidentin oğlu hakimiyyəti ələ keçirmək istəyib: Bu cəza verildi - FOTO
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin oğlu, sosial-demokratların lideri Kadır Atambayev hakimiyyətin zorla ələ keçirilməsinə hazırlıq işi üzrə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Publika.az xəbər verir ki, bu barədə “AKİpress” məlumat yayıb.
Bildirilib ki, məhkəmə Kadır Atambayevi Qırğızıstan Cinayət Məcəlləsinin 326-cı maddəsi (“Hakimiyyətin zorla ələ keçirilməsi”) ilə təqsirli bilib.
Həmçinin iş üzrə təqsirləndirilən şəxs, partiyanın digər lideri Temirlan Sultanbekov isə 7 il müddətinə həbs cəzasına məhkum edilib. Məhkəmə onun əmlakının müsadirə olunmasına da qərar verib.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər parlament seçkilərindən sonra kütləvi iğtişaşlar təşkil etməyə hazırlaşıblar. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, qrupa siyasətçilər, sabiq deputatlar, keçmiş dövlət qulluqçuları və hüquq-mühafizə orqanlarının əməkdaşları daxil olub. Onların tərəfdarları, o cümlədən mütəşəkkil cinayət qruplarının və idman icmalarının nümayəndələrini cəlb etdikləri bildirilir.
İş üzrə şübhəlilər arasında Sultanbekovun sürücüsü Ermek Ermatov və Dövlət Mühafizə Xidmətinin sabiq rəhbəri Damir Musakeyevi də var.
2026-cı ilin yanvarında digər təqsirləndirilən şəxslər Atazov və Kadırov ev dustaqlığına buraxılıb. İyul ayında isə Musakeyev ölkədən çıxmamaq barədə iltizamla azadlığa buraxılıb.
Müəllif: Adəm
-
Ekologiya18:12Sabah leysan olacaq - XƏBƏRDARLIQ
-
Dünya16:4266 il əvvəl hesablayıblar: Dünyanın sonuna 1 ay qaldı?
-
Qoroskop14:46Bu 4 bürcün həyatında yeni dövr başlayır - Qarşıdakı 5 ayda hər şey dəyişəcək
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ
-
Ekologiya12:43Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Rəsmi xronika12:24Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirildi - YENİLƏNDİ





















.png)

















