Bill Qeytsdən süni intellektlə bağlı daha bir xəbərdarlıq - 2027-ci ildə hansı "xoşagəlməz sürprizlər” gözlənilir?
Bizi izləyin

Dünya

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts süni intellektin sürətli inkişafının 2027-ci ildə kibertəhlükələrin əhəmiyyətli dərəcədə artmasına səbəb ola biləcəyini bildirib.

Publika.az xəbər verir ki, Qeyts bu barədə CNN-ə müsahibəsində danışıb.

Onun sözlərinə görə, gələn il ən ciddi dəyişikliklərin müşahidə ediləcəyi sahələrdən biri kiberhücumlar olacaq. Qeyts artıq kibercinayətkarların hədə-qorxu yolu ilə pul tələb etməyə və ya fond bazarına təsir göstərə biləcək pozuntular törətməyə əsaslanan biznes modellərindən istifadə etdiyini qeyd edib.

Qeyts bildirib ki, yeni süni intellekt modellərinin imkanlarının genişlənməsi, kifayət qədər məhdudiyyətlərin olmaması və kibercinayətkarların fəaliyyəti bu sahədə “çoxsaylı xoşagəlməz sürprizlərə” gətirib çıxara bilər.

Bununla yanaşı, o hesab edir ki, süni intellektin nəzarətdən çıxması hazırda bəşəriyyət qarşısında duran ən aktual təhlükə deyil. Qeytsin fikrincə, Sİ-nin dünyaya genişmiqyaslı təsir göstərə biləcək səviyyəyə çatması üçün hələ bir neçə il vaxt tələb olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm