ABŞ
Tramp bu okeana öz adını vermək istəyir
ABŞ Prezidenti Donald Tramp Tennessi ştatında tərəfdarları qarşısında çıxışı zamanı maraqlı fikir səsləndirib.
Publika.az xəbər verir ki, siyasətçi ya Sakit okean, ya da Atlantik okeanın adını öz şərəfinə dəyişdirmək niyyətində olduğunu açıqlayıb.
ABŞ dövlət başçısı bildirib ki, okeanın adı Amerika da ola bilər: "Bizə okean lazımdır. Buna görə də ya Atlantik, ya da Sakit okean haqqında düşünürəm. Biz onu "Tramp okeanı" və ya "Amerika okeanı" adlandıra bilərik. Nə isə buna bənzər bir şeylər..."
Siyasətçi həmçinin belə hesab edir ki, ABŞ-ın "böyük bir çay"a da ehtiyacı var. Tramp vurğulayıb ki, Missisipi çayını sevdiyi üçün adını dəyişdirmək niyyətində deyil. Bundan əlavə, Amerika lideri bir daha Hörmüz boğazına "Tramp boğazı" adını vermək istədiyini açıqlayıb.
Ağ Evin rəhbəri okeanla bağlı fikirini belə tamamlayıb ki, bu ideya onun prezidentlik müddəti bitməmişdən əvvəl həyata keçirilməlidir.
Müəllif: Tural
-
Magazin112:05Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Foto
-
Ekologiya11:57Qiyaməti xatırladan dəhşətli daşqın: Onlarla bina bir anda yox oldu - Video
-
MDB11:48Putin-Tramp tuneli reallaşır? - Kremldən Maska çağırış
-
MDB10:04Data mərkəzi və yük gəmisi vuruldu
-
Səhiyyə09:28Meymunçiçəyi qayıdır? - Yeni yoluxmalar aşkarlandı
-
Region08:48İranda yüksək rütbəli polis zabiti sui-qəsdlə öldürüldü - Pezeşkian tapşırıq verdi
-
Avropa08:00Zooparkda pələng kişini parçaladı
-
Magazin207:30“Sınıq fənərlərin küçələri” teleserialının aktyoru vəfat etdi - FOTO
































.jpg)




