Mask da Zelenskiyə qarşı çıxdı: "Ukrayna yeni lider tapmalıdır!"
Bizi izləyin

ABŞ

Mask da Zelenskiyə qarşı çıxdı: "Ukrayna yeni lider tapmalıdır!"

Mask da Zelenskiyə qarşı çıxdı: "Ukrayna yeni lider tapmalıdır!"

"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri, məşhur amerikalı milyarder İlon Mask Ukrayna mövzusunda diqqət çəkən fikirlər səsləndirib.

Publika.az xəbər verir ki, iş adamı ABŞ Prezidenti Donald Trampın Volodimir Zelenski haqqında səsləndirdiyi son fikirləri dəstəkləyib. O, Ağ Ev rəhbərinin fikirləri ilə razılaşaraq bildirib ki, Ukraynanın yeni prezident seçməsinin vaxtıdır. Mask bu fikirləri "X" sosial şəbəkəsində yazıb.

"Razıyam. Ukraynanın yeni lider tapmasının vaxtıdır", - Mask deyib.

Xatırladaq ki, dünən Tramp Ukraynaya sövdələşmələr apara biləcək yeni bir lider tapmağı məsləhət görmüşdü.

“Düşünürəm ki, Ukraynanın yeni prezident seçməsinin vaxtı çatıb”, - ABŞ-ın dövlət başçısı deyib.

Tramp əlavə edib ki, Ukraynaya razılaşma əldə edə biləcək yeni lider tapmağı tövsiyə edərdi. Onun sözlərinə görə, ölkənin hazırkı prezidenti Volodimir Zelenski çoxsaylı razılaşmalar əldə edə bilərdi, lakin nədənsə bunu etmir.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm