Dünya
Təriqət liderinin dəhşətli əməlləri: “Cənnətə düşmək” üçün 190 uşağı aclıqdan öldürüblər
Keniyada dini təriqət lideri Pol Makkenzi və onunla birlikdə mühakimə olunan 30-a yaxın şəxs 190 uşağın və bir yetkinin qətlində təqsirli bilinib.
Publika.az “Reuters”ə istinadən xəbər verir ki, hökm oktyabrın 19-da elan olunub. Məhkəmə Makkenzinin rəhbərlik etdiyi “Beynəlxalq Xoş Xəbər Kilsəsi”nin üzvləri dünyanın sonunun yaxınlaşdığına inanmağa və cənnətə düşmək üçün özlərini, eləcə də uşaqlarını aclıqdan öldürməyə təşviq etdiyini müəyyən edib.
Təriqətin fəaliyyəti ilə yaxından tanış olanlar Makkenzinin üç mərhələli planından danışıblar. O, kütləvi şəkildə acından öldürməyi planlaşdırıb. Əvvəlcə uşaqlar, sonra qadınlar və gənc kişilər, onlardan sonra isə qalan kişilər ölməli idilər.
Makkenzi 2023-cü ildə saxlanılıb. Bundan sonra Şakahola meşəsində kütləvi məzarlıqlar aşkarlanıb və ümumilikdə 400-dən çox meyit çıxarılıb. Makkenzi qətl ittihamlarını rədd etsə də, məhkəmə onun müdafiəsini qəbul etməyib.
Təqsirləndirilən şəxslərə hökmün cəza hissəsinin noyabrın 6-da elan ediləcəyi bildirilir. Makkenzi terrorçuluqla bağlı başqa ittihamlarla da üzləşib.
-
Avropa20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir







.jpg)






.jpg)














