Dünya
Ukraynada parka zərbə endirildi, 3 nəfər həlak oldu - Çoxlu sayda yaralı var
Rusiya ordusunun Ukraynanın Xarkov vilayətində yerləşən Novaya Vodolaga qəsəbəsinin mərkəzi parkına PUA ilə hücumu nəticəsində 3 nəfər, o cümlədən bir körpə həlak olub.
Publika.az xəbər verir ki, Ukraynanın daxili işlər naziri İvan Vıqovski hadisə barədə “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, hücum zamanı azı 14 nəfər yaralanıb, onlardan 7-si uşaqdır.
Nazir bildirib ki, hadisə yerində təcili xidmət əməkdaşları işləyir, xəsarət alanlara tibbi yardım göstərilir. Ərazidə partlayıcı maddələrin olub-olmadığı da yoxlanılır.
Xarkov Vilayət Prokurorluğu hücumun “Geran-3” tipli pilotsuz uçuş aparatı ilə həyata keçirildiyini ehtimal edir.
-
İdman22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama







.jpg)






.jpg)














