Yaxın Şərq
Netanyahudan qələbə mesajı: İran təhlükəsini birdəfəlik aradan qaldırmaq üçün...
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, onun bloku parlament seçkilərində "sionist ictimaiyyət və dövləti dəstəkləyənlər arasında" həlledici çoxluğa malikdir, lakin yekun nəticələri gözləməyə çağırıb.
Publika.az xəbər verir ki, Netanyahu Qüdsdəki “Likud” partiyasının seçki qərargahında çıxış edərkən bu barədə danışıb:
"Sağçı blok sionist ictimaiyyət (...) və dövləti dəstəkləyənlər arasında aydın və qətiyyətli çoxluğa malikdir. Bizə sağçı, milli, güclü bir hökumət lazımdır".
Onun fikrincə, "İsraili təhlükəyə atmaq və anti-sionist ərəb partiyalarına əsaslanan bir hökumət yaratmaq" ağlasığmazdır.
Lakin o əlavə edib ki, "biz hələ də real nəticələri gözləyirik".
Netanyahu bildirib ki, onun rəhbərliyi altında "İran əvvəlkindən daha zəif, İsrail isə əvvəlkindən daha güclüdür".
"İsrail, dostumuz Prezident Trampla birlikdə İran təhlükəsini birdəfəlik aradan qaldırmaq üçün tarixi, ömürdə bir dəfə rast gəlinən bir fürsətlə üzləşir. Biz düşmənlərimizi məğlub edə bilmişik və gələcəkdə də bunu edə biləcəyik", - İsrailin baş naziri bildirib.
Müəllif: Tural
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR







































