Dünya
Bəziləri bir gündə 20 dəfə “ərə” verilirdi – Şok iddialar
Avropa Parlamentinin keçmiş deputatı Feleknaz Uca İraqın Sincar bölgəsində qadınların İŞİD terror təşkilatının əlinə düşməmək üçün yaşadıqları faciələrdən danışıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, keçmiş deputat qadınların namusunu qorumaq üçün kütləvi şəkildə Sincar dağından atılaraq intihar etdiklərini, bir atanın isə İŞİD-in əlinə düşməməsi üçün iki qızını, sonra da özünü öldürdüyünü söyləyib.
Yezidi olan Felaknaz Uca İŞİD-in bu günə qədər minlərlə qadını qaçıraraq başlarını kəsdiyini və təcavüz etdiyini bildirib. Onun sözlərinə görə, qaçırılan kürd, yezidi, türkmən və ərəb qadınlar bazarlarda satılmış, bəzi hallarda bir qadın bir gündə məcburi şəkildə 20 dəfə “ərə” verilib.
Feleknaz Uca qeyd edib ki, İŞİD-in əlində saxladığı qadınların sayı ilə əlaqədar dəqiq bir rəqəmi səsləndirmək mümkün olmasa da, terror təşkilatının hücumlarından sonra 5 mindən 7 min 500-ə qədər qadının itkin düşdüyü təxmin edilir. O, İraq regional kürd rəhbərliyinin parlamentində qurulan komissiyaların məlumatına istinad edərək 4 min qadının İŞİD-in əlində olduğunu söyləyib.
Ömər Dağlı
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
































