Elm və təhsil
Məleykə Abbaszadə DİM-in kollektivi ilə belə vidalaşdı - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin olunan Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin kollektivi ilə görüşərək vidalaşıb.
Publika.az xəbər verir ki, bu barədə DİM-in sosial media hesablarında paylaşım edilib.
Görüşdə M.Abbaszadə uzun illər rəhbərlik etdiyi qurumun kollektivi qarşısında çıxış edib, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, eləcə də Dövlət İmtahan Mərkəzinin formalaşması və inkişafı istiqamətində keçdiyi yola nəzər salıb, bu müddət ərzində həyata keçirilən işlərdən, əldə olunan nailiyyətlərdən və qarşıya qoyulan vəzifələrdən danışıb.
O, Mərkəzin fəaliyyətində kollektivin əməyini, peşəkarlığını və fədakarlığını xüsusi qeyd edərək, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində hər bir əməkdaşın töhfəsinin əhəmiyyətini vurğulayıb.
Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb, qurumun qarşısında duran vəzifələrin bundan sonra da uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edib.
"Dövlət İmtahan Mərkəzinin kollektivi adından Məleykə xanım Abbaszadəni Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edir, ona bu məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar, yeni nailiyyətlər və müvəffəqiyyətlər arzulayırıq", - paylaşımda qeyd edilib.
-
Rəsmi xronika16:08Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır - İlham Əliyev
-
Nida Xəbər 15:12Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı? - FOTO
-
Rəsmi xronika13:56İlham Əliyev Vyetnama gedəcək
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI
-
Elm və təhsil12:24DİM-in yeni sədri bu şəxs olacaq? - FOTO
-
Region12:22Ermənistanda siyasi savaş qızışır: Simonyandan müxalifətə sərt mesaj - Darmadağın edəcəyik
-
Sosial11:22Pensiyalarla bağlı vacib xəbər - Ödənişlərin tarixi açıqlandı
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun

















.jpg)


















.png)