Avropa
Avropa böyük güclərin hədəfinə çevrilməkdən qorxur: Masada deyiliksə, menyudayıq
Avropa İttifaqı (Aİ) Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinin üçtərəfli görüşündə təmsil olunmadığı üçün kənarda qalmaqdan narahatdır. Avropalılar bu görüşdə özlərinin müzakirə mövzusuna çevriləcəyindən ehtiyat edirlər.
Publika.az xəbər verir ki, bu barədə “Euronews” nəşrində dərc olunan məqalədə bildirilib.
Məqalə “Avropa masa arxasında deyilsə, bəs menyudadırmı?” başlığı ilə təqdim olunub.
Nəşr Norveçin xarici işlər naziri Espen Bart Eidenin açıqlamasına diqqət çəkib. O bildirib ki, Avropanın ən az istədiyi ssenari böyük dövlət liderlərinin təsir dairələrinin bölüşdürülməsi barədə razılığa gəlməsidir.
Məqalə müəllifləri isə Avropanın təhlükəsizliyi ilə bağlı əsas məsələlərin avropalıların iştirakı olmadan həll edilməsinin mümkün olmayacağına ümid etdiklərini vurğulayıblar.
Qeyd edək ki, Rusiya, ABŞ və Çin liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinin keçirildiyi Çinin Şençjen şəhərində görüşüblər. Üçtərəfli danışıqlar təxminən 1,5 saat davam edib.
Müəllif: Adəm
-
Rəsmi xronika16:08Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır - İlham Əliyev
-
Nida Xəbər 15:12Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı? - FOTO
-
Rəsmi xronika13:56İlham Əliyev Vyetnama gedəcək
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI
-
Elm və təhsil12:24DİM-in yeni sədri bu şəxs olacaq? - FOTO
-
Region12:22Ermənistanda siyasi savaş qızışır: Simonyandan müxalifətə sərt mesaj - Darmadağın edəcəyik
-
Sosial11:22Pensiyalarla bağlı vacib xəbər - Ödənişlərin tarixi açıqlandı
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun





































.png)