İsraildə azan mübahisəsi: Qanun layihəsi qəbul edilmədi - VİDEO
Bizi izləyin

Dünya

İsraildə azan mübahisəsi: Qanun layihəsi qəbul edilmədi - VİDEO

İsraildə azan mübahisəsi: Qanun layihəsi qəbul edilmədi - VİDEO

İsrail parlamenti ifrat sağçı "Yəhudi Gücü" Partiyasının azan səsinin məhdudlaşdırılmasını nəzərdə tutan mübahisəli qanun layihəsini rədd edib.

Publika.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Bildirilib ki, səsvermədə qanun layihəsinin əleyhinə 63, lehinə isə 45 deputat səs verib. Ultraortodoks yəhudi deputatların böyük əksəriyyəti isə səsvermədə iştirak etməyib.

Səsvermədən əvvəl parlamentdə gərginlik yaşanıb. Qanun layihəsinin müəllifi, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir fələstinli deputatları təhqir edərək onlara "Rədd olun, ailələriniz də rədd olub getsin! Terroru dəstəkləyənlər, rədd olun!" deyə qışqırıb.

Parlament sədrinin müavini Eitan Ginzburqu da "axmaq" adlandıran Ben-Qvirin plenar iclas zalından çıxarılmasına qərar verilib.

Qeyd edək ki, qanun layihəsi məscidlərin səsgücləndiricilərdən istifadə etməsi üçün Ətraf Mühitin Mühafizəsi Nazirliyindən icazə almasını nəzərdə tuturdu. Sənədə əsasən, İsrail polisi məscidlərin səs sistemlərini söndürə və avadanlıqları müsadirə edə, qaydaları pozanlara isə 15 min dollaradək cərimə tətbiq edə bilərdi.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm