IIHF məhkəmənin qərarından şikayət edəcək - Rusiya hakimləri ələ alıb?
Bizi izləyin

İdman

IIHF məhkəmənin qərarından şikayət edəcək - Rusiya hakimləri ələ alıb?

IIHF məhkəmənin qərarından şikayət edəcək - Rusiya hakimləri ələ alıb?

Beynəlxalq Xokkey Federasiyası (IIHF) Rusiyanın Dünya Çempionatına qayıtmasına icazə verən İdman Arbitraj Məhkəməsinin (CAS) qərarından İsveçrə Federal Məhkəməsinə apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, federasiyanın məsələ ilə bağlı yaydığı bəyanatda deyilir:

“Bu qərar, xüsusən də hakimlərlə Rusiya arasında mümkün əlaqələr barədə son məlumatlar nəzərə alınmaqla, CAS panelində xidmət etmiş üç hakimdən ikisinin müstəqilliyi və qərəzsizliyi ilə bağlı şübhələrə əsaslanır.

Bu hökmün əhəmiyyətini və dünya xokkeyinə təsirini nəzərə alaraq, IIHF bu iş üzrə İsveçrə Federal Məhkəməsində icraatın davam etdirilməsini vacib hesab edir”.

Oktyabr ayının sonunda İdman Arbitraj Məhkəməsi (CAS) Beynəlxalq Xokkey Federasiyasına (IIHF) Rusiya milli komandalarının beynəlxalq yarışlarda iştirak etməsinə icazə verməyi əmr etdi.

Rusiya xokkey komandalarının geri qayıtması ilə bağlı qərar verən CAS panelinin üç üzvündən ikisi Moskvadakı tədbirlərdə iştirak edib. CAS panelinin prezidenti Giulio Palermo sentyabr ayında Moskvaya səfər edib. Hakim İsmayıl Səlim 2025-ci ildə Moskvada keçirilən tədbirin iştirakçısı olub.

CAS əvvəllər IIHF-in Rusiya komandalarını kənarlaşdırmaq üçün qanuni əsasları əsaslandıracaq kifayət qədər dəlil təqdim etmədiyini bildirmişdi.

Həmçinin IIHF-in Ukraynanın işğal olunmuş ərazilərindən olan komandaların Rusiya xokkey sisteminə daxil edilməsi ilə bağlı araşdırma başlatdığı barədə məlumat var.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm