Sosial
İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirildi
Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
O cümlədən Laçında 12, Cəbrayılda 9, Zəngilanda 8, Xankəndidə 5, Ağdamda 4, Şuşada 3, Füzuli, Xocavənd, Kəlbəcər və Ağdərədə isə 6 əmək yarmarkası təşkil olunub.
Bu aktiv məşğulluq tədbirləri vasitəsilə işsiz və işaxtaran şəxslər yaşadıqları ərazi üzrə mövcud olan bütün vakansiyalarla bir məkanda və eyni vaxtda tanış olmaq, vakansiyalar üzrə aidiyyəti işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq və CV-lərini təqdim etmək imkanı qazanıblar. İşəgötürənlərə isə qısa müddətdə müvafiq peşə və ixtisasa malik kadrların seçimi üçün şərait yaranıb.
Eyni zamanda, Laçında peşə yarmarkası da təşkil edilib. Tədbirdə işəgötürənlər tərəfindən 40-dan çox peşə istiqaməti təqdim olunub. Bu peşələr və onlarla bağlı tədrisin həyata keçirildiyi müəssisələr barədə məlumatlar verilib, ustad dərsləri keçirilib.
-
Region14:22Müstəqilliyimizdən bəri ən böyük layihədir - Paşinyan Zəngəzur dəhlizi haqda
-
Hadisə14:06Azərbaycanda tiktoker qadın saxlanıldı
-
Nida Xəbər 12:30Zəngəzur dəhlizində tikinti başladı, ABŞ-dan reaksiya gəldi: Geniş türk dünyası ilə...
-
İdman12:24Dünyanın ən seksual futbolçusunun xəz paltoda cazibədar - FOTOLARI
-
İdman12:00"Sabah" - "Barselona" oyununda evlilik təklifi - VİDEO
-
Dünya11:18Siyasi strateq qiymətləndirdi: Ukraynadan nə qalacaq? – 2029-cu ilə qədər...
-
İdman10:30Dambrauskasla Pokatilov arasında mübahisə: Məşqçi qapıçını nədə ittiham edir? - VİDEO
-
Dünya10:00İran səssiz müharibə ilə üz-üzə: Ölkə qaranlığa qərq olub, 600 min insan...





















.jpg)




.jpg)










