Azərbaycan yığmasının üzvü A Seriyasının 7 klubunun hədəfində
Bizi izləyin

İdman

Azərbaycan yığmasının üzvü A Seriyasının 7 klubunun hədəfində

Azərbaycan yığmasının üzvü A Seriyasının 7 klubunun hədəfində

Seriya A-nın yeddi klubu Azərbaycanın U-21 yığmasının və "Sampdoriya" hücumçusu Lorenso Mezzotero ilə maraqlanır.

Publika.az xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Skira məlumat yayıb.

Mənbənin məlumatına görə, oyunçunu "İnter", "Yuventus", "Napoli", "Fiorentina", "Komo", "Sassuolo" və "Monza" klubları izləyir.

Son həftələrdə artıq bir neçə skaut Cenuya klubunun oyunlarını izləmək üçün göndərilib.

Bu mövsüm Lorenso böyüklər komandasında debüt edib, altı oyun keçirib və dörd qol vurub.

Monzada anadan olan Mezzotero Azərbaycan gənclər komandasında üç dəfə forma geyinib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm