Nida Xəbər
QHT-lərin fəaliyyətinə nəzarət gücləndirilir
Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı qaydaların dəyişdirilməsi təklif olunur.
Publika.az xəbər verir ki, Milli Məclisə təqdim edilən qanun layihəsinə əsasən, QHT-lərin fəaliyyətinin dayandırılması üçün yeni əsaslar müəyyən edilir. Bu əsaslara təşkilatların fəaliyyətində şəffaflığın təmin edilməməsi, korrupsiya hüquqpozmalarının, çirkli pulların yuyulmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericilik tələblərinin yerinə yetirilməməsi daxildir.
Bundan başqa, ictimai birliklərin icra orqanlarının, fondların prezidentlərinin və ya idarə heyətlərinin, eləcə də xarici QHT filial və nümayəndəliklərinin rəhbərlərinin səlahiyyət müddəti başa çatdıqdan sonra üç ay ərzində dövlət reyestrində müvafiq dəyişiklik edilməməsi də fəaliyyətin dayandırılması üçün əsas kimi müəyyənləşdirilir.
Layihədə təşkilatların ləğvi üçün də yeni hallar nəzərdə tutulur. Belə ki, QHT-nin ardıcıl üç il ərzində ümumi yığıncağının çağırılmaması, üç ildən artıq müddətdə fəaliyyət göstərməməsi və ya qanunla müəyyən edilmiş növlərdən birinə, eləcə də nizamnamə məqsədlərinə uyğun fəaliyyət göstərməməsi ləğvetmə əsasları sırasına daxil edilir.
Qanun layihəsinə görə, ləğvetmə müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə həyata keçirilə bilər.
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi
-
Cənubi Qafqaz10:24Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
-
Sosial10:00Fira Cəlilovanın evində tutulan şəxsin - FOTOSU
-
Nida Təhlil 09:36DMX Rusiya vətəndaşlarına çağırış etdi
-
MDB09:24Sankt-Peterburq səhəri dron həyəcanı ilə açdı - Partlayışlar var
-
Dəb07:47Qışın ən dəbli saç rəngi açıqlandı












.jpg)








.png)












