Dünya
ABŞ-ın ən hündür göydələni satılır
ABŞ-da hündürlüyünə görə ikinci göydələn olan Willis Tower satışa çıxarılıb.
Publika.az-ın məlumatına görə, bu barədə məlumatlı mənbələrə
istinad edən Bloomberg agentliyi xəbər yayıb. Məlumata əsasən
əvvəllər Sears Tower kimi tanınan Çikaqo göydələninin qiyməti
təxminən 1,5 milyard dollar təşkil edə bilər. Hazırda binaya Lloyd
Qoldman və Cozef Çetritin daxil olduğu investorlar qrupu sahibdir.
2004-cü ildə onlar göydələni MetLife kompaniyasından 841 milyon
dollara almışdılar.
1973-cü ildə Sears Holdings riteylerinin mənzil qərargahı kimi
tikilən bu bina 25 il ərzində ölkədə ən uca bina olub. Hündürlüyü
443 metr olan Willis Tower, eyni zamanda dünyanın ən uca
göydələnləri sırasında 12-ci yerdə qərarlaşıb. Hər il binanı 1
milyondan çox turist ziyarət edir.
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil25 May 19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya25 May 18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika25 May 17:20İlham Əliyev sərəncam imzaladı

































