Dünya
Gürcüstanın yeni hökumətinə namizədlər açıqlandı – SİYAHI
İrakli Qaribaşvili Gürcüstan Nazirlər Kabinetinə namizədlərin adlarını açıqlayıb.
Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, sözügedən namizədlər təsdiqlənsə, müdafiə naziri ilk dəfə qadın ola bilər.
Parlamentin Avropaya inteqrasiya üzrə komitəsinin rəhbəri Tinatin Xidaşelinin müdafiə naziri, deputat Qiqla Aqulaşvilinin təbii ehtiyatlar və ətraf mühitin qorunması naziri, “İberia Business Group” avtomobil şirkətinin prezidenti Tariyel Xeçikaşvilinin isə gənclər və idman naziri postlarına namizədliyi irəli sürülüb.
Nazirlər Kabinetinin qalan üzvləri isə dəyişməz qalır: iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili, energetika naziri Kaxa Kaladze, əmək, səhiyyə və sosial müdafiə naziri David Serqenko, təhsil və elm naziri Tamara Sanikidze, kənd təsərrüfatı naziri Otar Daneliya, regional inkişaf və infrastruktur naziri Nodar Djavaxişvili, maliyyə naziri Nodar Xaduri, mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Qiorqadze, ədliyyə naziri Teya Sulukiani, xarici işlər naziri Tamara Beruçaşvili, daxili işlər naziri Vaxtanq Qomelauri, cəzaların icrası və probasiya nazirii Georqi Mqebrişvili, barışıq və hüquq bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, diaspor məsələləri üzrə dövlət naziri Qela Dumbadze, Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri David Bakradze.
Siyahı prezidentə göndəriləcək. Prezidentin təsdiqindən sonra isə yeni hökumət parlamentin etimad rəyini almalıdır.
Xatırladaq ki, Gürcüstanın gənclər və idman naziri Levan Kipianinin istefa verməsindən sonra hökumət tam tərkibdə istefaya gedib. Levan Kipianinin istefası ilə hazırkı hökumətdə istefa verən nazirlərin sayı 7-yə çatıb. Gürcüstan Konstitusiyasına əsasən, nazirlərdən üçdə biri istefa verdiyi halda, hökumət tam tərkibdə istefa verməli və parlamentdən yenidən etimad rəyi almalıdır.
Ömər Dağlı
-
Region01:41SEPAH komandanından körfəz ölkələrinə XƏBƏRDARLIQ
-
Magazin100:15Rəqsanənin qızıları arasında nə baş verir?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Artıq nəyi istədiyinizi bilirsiniz
-
Elm və təhsil21 Aprel 23:48Ölkə ikincisi Aylin uğurun SİRRİNİ AÇIQLADI
-
MDB21 Aprel 23:24Sovet İttifaqı Qəhrəmanı vəfat etdi
-
Elm və təhsil21 Aprel 22:24Azərbaycan məktəblərində "Son Zəng" bu tarixdə çalınacaq
-
Magazin121 Aprel 21:12Vüsalənin "BREND" SEÇİMLƏRİ - Bir gecəlik görünüşün qiyməti neçəyədir?
-
Hadisə21 Aprel 21:00Bakı metrosunda bədbəxt hadisə - Ölən var




















.jpg)
.jpg)









