ABŞ Federal Ehtiyat Sisteminə hakerlər hücüm edib
Bizi izləyin

Dünya

ABŞ Federal Ehtiyat Sisteminə hakerlər hücüm edib

ABŞ Federal Ehtiyat Sisteminin (FES) Sent-Luis şəhərindəki bankının saytına hakerlər hücum edib.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.

Məlumata görə, kibercinayətkarlar qısa müddət ərzində FES-in Sent-Luisdəki bankının internet-xidmətlərindən istifadə edən istifadəçiləri istiqamətləndirməyə müvəffəq olub. Nəşrin yazdığına görə, kibercinayətkarların hökumət sistemlərinə haker hücumları seriyası əvvəllər də olub.

“Onlar həmçinin Ağ Ev və Dövlət Departamentindəki sistemlərə, hətta prezidentin şəxsi poçt qutusuna belə hücum ediblər”, - nəşr xatırladır.

Sent-Luis bankından da hücum faktını təsdiq ediblər. Məlumata görə, hücum aprel ayında edilib. Hücumun arxasında kimlərin olduğu isə hazırda məlum deyil. “The New York Times” yazır ki, hakerlər qiymətli informasiyaları, həmçinin elektron poçt ünvanları və bankın əməkdaşlarının parollarını ələ keçiriblər. Sent-Luis Federal Ehtiyat Bankı maliyyə institutunun internet-resurslarından istifadə etmiş şəxslərə parolları dəyişdirməyi məsləhət görüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm