Dünya
“İşə velosipedlə” aksiyasına Rusiyanın 73 şəhəri qoşulub - FOTO
Mayın 21-də Rusiyanın Moskva, Peterburq və digər iri şəhərlərində minlərlə insan işə velosipedlə gəlib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilatçıların sözlərinə görə, “İşə velosipedlə” aksiyasında ümumilikdə Rusiyanın 73 şəhəri – Moskva (3 min nəfərdən çox), Kazan, Yaroslavl, Yekaterinburq, Voronej, Krasnodar, İrkutsk, Çelyabinsk, Kalininqrad və başqa şəhərləri iştirak edir.
Nəqliyyat infrastrukturunun inkişafı komitəsinin mətbuat xidmətinin məlumatına əsasən, ekoloji təmiz nəqliyyat vasitələrini “Veloqorod” layihəsinin stansiyalarında cəmi bir rubla icarəyə götürmək olar.
Mayın 20-si axşam saatlarına olan məlumata görə, aksiyada iştirak etmək üçün 1200 Peterburq sakini qeydiyyatdan keçib.
Bəzi ölkələr şəhər küçələrində ekoloji təmiz və sağlamlıq üçün faydalı nəqliyyat vasitələrində hərəkət təcrübəsinə malikdir. Məsələn, Almaniyada əhalinin təxminən 10 faizi iş yerlərinə velosipedlə gedib-gəlir. Britaniyada isə bir neçə il bundan əvvəl Baş nazir Devid Kemeron özü velosiped sürərək başqalarına nümunə göstərib. KİV-in məlumatına görə, onun dayanacaqda zəncirlə bağlanmış “dəmir atı” hətta bir neçə dəfə oğurlanıb. London meri Boris Conson məşhur aktyor Arnold Şvartseneger ilə birgə şəhər küçələrində velosipedi reklam edib.
Vyetnamın Xoyan şəhərinin partiya administrasiyası da öz şəxsi nümunəsində yerli əhalini və turistləri motosiklet, avtobus və avtomobil əvəzinə velosipeddən istifadə etməyin faydasına inandırmaq istəyir. 2014-cü ildə başda şəhər komitəsinin sədri Nquen Şi başda olmaqla bütün məmurlar velosipedlərə oturaraq işə yalnız bu nəqliyyat vasitəsilə gedəcəklərini bildiriblər.
-
Region13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq







.jpg)



























