Dünya
Üçqat dünya çempionu olan Kiyev meri türklərə müraciət etdi
Boks üzrə üçqat dünya çempionu, Kiyev şəhərinin meri Vitali Kliçko Türkiyənin aparıcı turizm şirkəti və media nümayəndələri ilə görüşüb.
Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, görüş zamanı Kiyev meri Türkiyənin iş adamlarına media vasitəsilə müraciət edib.
V.Kliçko paytaxt Kiyevin təhlükəsiz şəhər olduğunu və bura investisiya yatırmağın səmərəli olacağını söyləyib: “Kiyevə yatırım qoyacaq iş adamlarının və onların biznesinin təhlükəsizliyinə şəxsən mən cavabdeh olmağa, hətta, onların şəxsi mühafizəçisi olmağa hazıram. Bilirsiniz ki, Kiyev turizm üçün də bənzəri olmayan bir şəhərdir. Mən bunu Kiyevin meri olduğum üçün söyləmirəm. Mənim ilk peşəm turizm sahəsi ilə bağlıdır. Mən bu şəhərdə turizm şirkətinin rəhbəri olaraq çalışmışam və yaxşı bilirəm ki, burada turizm üçün hansı imkanlar var. Bu gün Türkiyə və Ukrayna arasında turizm sahəsində yaxşı əlaqələr var. Ukraynadan hər il 500 min turist Türkiyəyə səfər edir. Çox təəssüf ki, Türkiyədən Ukraynaya gələn turistlərin sayı azdır. Əlimizdə olan məlumata görə, hər il Türkiyədən 30 minə yaxın turist Ukraynaya səfər edir ki, bu da çox azdır. Bizim əsas məqsədimiz Türkiyədən daha çox turistin Ukraynaya, xüsusilə də Kiyevə gəlməsidir”.
Vasif Həsənli
-
Region18:26
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
-
Region18:18
İranda qəzada ölən valinin yerinə TƏYİNAT
-
Sosial18:00
Əli Əsədov qərarlar imzaladı
-
Dünya17:22
Prokuror Netanyahunun həbsini tələb etdi
-
Rəsmi xronika16:56
İlham Əliyev sərəncam imzaladı
-
Pul16:43
Nazir lirənin son vəziyyətini açıqladı: Ucuzlaşma prosesi...
-
Rəsmi xronika15:36
Regionda sülh üçün tarixi imkanlar yaranıb - Prezident
-
Region15:01
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı - Necə baş verib?