Dünya
Dəhşətli silah ABŞ-dan sonra Rusiyada da hazırlandı
Rusiya hazırladığı yeni bir silahla hərbi əməliyyatlara yenilik gətirəcək.
Publika.az RİA xəbər agentliyinə istinadən xəbər verir ki, Rusiya pilotsuz uçuş aparatları və digər hərbi texnikanı 10 kilometrlik uçuş məsafəsində təsirsiz hala gətirəcək mikrodalğalı silah hazırlayıb.
Silah “BUK” raket sistemlərinin dəstəklənməsi üçün istifadə ediləcək. Yüksək güclü generator və antenalarla təchiz edilən silah 360 dərəcəlik radiusda müdafiə qabiliyyətinə sahibdir.
Yeni mikrodalğalı silah 16-19 iyun tarixlərində keçiriləcək sərgidə nümayiş olunacaq.
Qeyd edək ki, ABŞ mikrodalğalı silahdan hələ bu əsrin əvvəllərində istifadə etməyə başlayıb. 2005-cü ildə isə İraqdakı hərbi kontingentinin cəbbəxanasına ən yeni məxfi silah olan mikrodalğalı top daxil edilib. “Şerif” adlandırılan bu silah növü piyadaların döyüş maşınlarında quraşdırılıb.
Mikrodalğalı top bir kilometrədək məsafəyə cəmləşmiş elektromaqnit dalğası buraxmaq iqtidarındadır. Topun təsir zonasına düşən insanın dərisinin 0,3 millimetr altında qanın tərkibindəki su və molekullar qaynamağa başlayır və nəticədə kəskin ağrı baş verir. Lakin elektromaqnit dalğasının təsir zonasından çıxan kimi ağrı dərhal kəsir. Yeni silah növünü hazırlayan laboratoriyanın əməkdaşları hesab edirlər ki, top insan orqanizminə ziyan vurmur, lakin insanların bir yerə cəmləşməsinin qarşısını almaq üçün çox səmərəlidir.
Ömər Dağlı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop21 Sentyabr 12:54Bu 3 bürc üçün şanslı günlər başladı










.jpg)






.jpg)


















