Dünya
Lukaşenko qardaş qırğınını dayandıracağına söz verdi
Belarus prezidenti Aleksandr Lukaşenko Moskva və Bütün Rusiyanın patriarxı Kirillə görüşdə Ukraynanın şərqindəki münaqişəni müzakirə edib.
Publika.az BELTA informasiya agentliyinə istinadən xəbər verir ki, Lukaşenko patriarxa münaqişənin həlli üçün bacardığı hər şeyi edəcəyinə söz verib.
"Biz ruslar, beloruslar və ukraynalılar qardaşlarıq, biz bir kökdənik. Qardaşlarımızın bədbəxtliyi bizim xəstəliyimizdir. Vəziyyəti yumşaltmaq, qardaş qırğınını dayandırmaq üçün biz hər şeyi etməli olacağıq”, - Belarus lideri deyib.
Xatırladaq ki, Belarus prezidenti ötən ilin oktyabr ayında
sülhməramlı qoşunları Ukraynanın şərqinə göndərməyə hazır olduğunu
bəyan edib. "Rusiyanın Qərbə, Qərbin Rusiyaya, Amerikanın Rusiyaya,
Rusiyanın isə Amerikaya inamsızlığı varsa, münaqişə tərəflərini
ayırmaq üçün silahlı qüvvələrimdən istifadə etməyə hazıram", -
Lukaşenko bildirib.
Amma Lukaşenkonun təklifi nə Rusiya, nə də Ukrayna tərəfindən qəbul olunmayıb.
Ömər Dağlı
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı