Ekologiya
Sabah hava necə olacaq?
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, iyulun 03-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən günəşli keçəcəyi gözlənilir, cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 32-37° isti, Bakıda gecə 21-23° isti, gündüz 34-36° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında yağmursuz hava şəraiti gözlənilir, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 14-19° isti, gündüz 26-31° isti olacağı gözlənilir.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı











.jpg)






.webp)


















