Ekologiya
Geomaqnit səviyyəsinin aşağı olması... - BUNU BİLİRDİNİZMİ?
Hazırda Yerin geomaqnit səviyyəsi aşağıdır. Bu vəziyyət meteoşəraitin pisləşməsi halı ilə üst-üstə düşdükdə onun insanların səhhətinə pis təsir göstərməsi kimi hallar ortaya çıxır. Bununla bağlı elmi nəticələr də var.
Publika.az xəbər verir ki, bunu trend-ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.
Bununla bağlı elmi nəticələrin olduğunu deyən E.Babayev qeyd edib ki, Günəşdə və planetlərarası maqnit sahəsində gedən proseslərin təzahürü olaraq, Yerin maqnit sahəsində dəyişikliklər baş verir:
“Amma qeyd edim ki, geomaqnit səviyyəsinin həm yuxarı, həm də aşağı olması - hər iki hal ekstremal hal kimi insanlara pis təsir göstərir. Yerdə geomaqnit səviyyəsinin aşağı olması risk qrupuna daxil olan insanların - ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin səhhətinə zərər vurur. Bu hal sadəcə onlara təsir edir. Digər insanlar üçün bu vəziyyət əskinə, gümrahlıq hissi yaradır”.
E.Babayev əlavə edib ki, Yerdə geomaqnit səviyyəsinin nə qədər müddətə aşağı olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.
Hazırda atmosfer təzyiqinin qalxdığını deyən E.Babayev bunun qış hava şəraitinə uyğun olduğunu da söyləyib.
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil25 May 19:20Azərbaycanda yeni universitet yaradılacaq







.jpg)




























