Ekologiya
Coğrafiya İnstitutu: “Torpağın genetik qatları pozulub, qida ehtiyatı azalıb”
"Zəyəmçay hövzəsində eroziya prosesi surətlənib və nəticədə torpağın genetik qatları pozulub, qida maddələri, o cümlədən, humusun miqdarı və ehtiyatı 20-25 faiz azalıb".
Publika.az xəbər verir ki, bu fikirləri Coğrafiya İnstitutun böyük elmi işçisi Məhəmməd Məmmədov “Zəyəmçay hövzəsində qonur dağ-meşə torpaqlarının müasir vəziyyəti” mövzusunda İnstitutun Elmi seminarında məruzə ilə çıxış edərkən deyib.
Tədqiqatçı bildirib ki, Zəyəmçay hövzəsinin qonur dağ-meşə torpaqlarında apardığı çoxillik torpaq tədqiqatları, laborator analiz və çoxillik monitorinqin təhlili əsasında son 50-60 il müddətində qonur dağ-meşə torpaqlarında antropogen təsirin çoxalması ilə əlaqədar eroziya prosesi surətləndiyini deyib.
Onun sözlərinə görə, eroziya prosesi nəticəsində torpağın genetik qatları pozulub, qida maddələri, o cümlədən, humusun miqdarı və ehtiyatı 20-25 faiz azalıb.
M.Məmmədov apardığı çoxillik tədqiqatların müqayisəsindən belə nəticəyə gəlib ki, Zəyəmçay hövzəsində ən çox antropogen deqradasiyaya məruz qalmış torpaqlar yuyulub və bozqırlaşıb dağ-meşə qəhvəyi torpaqlarıdır. Bu torpaqlardan kənd təsərrüfatı məqsədi üçün istifadə olunduğundan onların təbii morfogenetik xüsusiyyətləri pozulmaqla yanaşı, həm də bir çox parametrləri təbii vəziyyətinə nisbətən çox dəyişib. Bildirilib ki, dağ-meşə qəhvəyi torpaqlar zonasında son illər əhalinin təbii qaz yanacağı ilə təmin olunması insanın ətraf təbiətə təsirini azaldıb. Bunlar meşə və çöl ekosistemində bitkilərin təbii bərpası ilə özünü göstərir. Bu proses davamlı olarsa, yaxın gələcəkdə torpaq örtüyünün bərpası və yaxşılaşması ilə nəticələnə bilər.
-
Ekologiya09:38Bu təbii fəlakət ölkələrə trilyonlarla dollar ziyan vuracaq
-
Nida Xəbər 09:27Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu
-
Magazin207:47Ceyson Stethemin sevgilisi dekolteli transparan libasda - FOTO
-
ABŞ07:30Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
-
Ekologiya07:17Bu ərazilərə yağış yağacaq - PROQNOZ



















.png)












.jpg)
.jpg)