Ekologiya
Dünya fəlakətlə üz-üzə: Temperatur yüksəlir, qasırğalar okeanı cənginə alır
Yeni tədqiqatlar göstərir ki, subtropik Atlantika regionunda okeanın temperaturunun yüksəlməsi səbəbindən Bermud ətrafında qasırğa küləklərinin maksimal sürəti son 60 il ərzində orta hesabla iki dəfə artıb.
Qasırğalar okeanın isti səthinin enerjisi hesabına, hava-dəniz istiqamətindəki istilik axınları vasitəsilə güclənir və buna görə də daha isti okean daha güclü qasırğalara gətirib çıxarır.
Publika.az "Haytek" saytına istinadla xəbər verir ki, qasırğaların yaratdığı küləyin sürətinin proqnozunun yaxşılaşdırılması qasırğaya qədərki reaksiyanın düzgün səviyyəsini müəyyənləşdirməyə kömək edəcək və Bermud adalarına dəyəcək zərəri xeyli məhdudlaşdıracaq.
1955 və 2019-cu illər ərəfəsində Bermud adaları yaxınlığında maksimum külək sürəti ilə ölçülən qasırğaların orta intensivliyi saatda 56 kilometrdən 117 kilometrədək yüksəlib ki, bu da 10 illik səviyyəyə nisbətdə saatda 9,6 kilometrdən yüksək sürətə bərabərdir. Eyni zamanda, regionda dəniz səthində və dənizin içində temperatur 1,1°C artıb ki, bu da qasırğaları əlavə enerji ilə təmin edərək onları gücləndirir.
Tədqiqat prosesində həmçinin 50 metrlik yuxarı qatdakı səthin orta temperaturundan istifadə edilərək okeanın Bermud adalarından keçən hissəsində qasırğaların intensivliyinin proqnozlaşdıran qurğu işlənib hazırlanıb.
Alimlər son 65 il ərzində (birbaşa toqquşmalar və yan keçən fırtınalar da daxil olmaqla) Bermud adalarının 100 kilometrliyindən keçən qasırğaları zondlaşdırma və yerli səviyyədə meteozondlaşdırma üsulu ilə, okeanın üzərində və onun yuxarı qatındakı qasırğalara nəzarət etməklə onların potensial intensivliyini müşahidə ediblər.
Tədqiqat göstərir ki, dəniz səthindəki temperaturla müqayisədə qasırğaların intensivliyini proqnozlaşdırmaq üçün okeanın yuxarı qatlarındakı istiliyin əhəmiyyəti daha vacibdir.
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Nida Xəbər 15 İyul 22:32Milli Məclis təsdiqlədi - Bu dövlət rüsumu 50 manat oldu
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya15 İyul 17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika15 İyul 16:02İlham Əliyev sərəncam imzaladı






































