Milyarderlərin vahiməli planı açıldı - Hökumətləri dəyişdirib, yerinə...
Bizi izləyin

Dünya

Milyarderlərin vahiməli planı açıldı - Hökumətləri dəyişdirib, yerinə...

Milyarderlərin vahiməli planı açıldı - Hökumətləri dəyişdirib, yerinə...

Silikon vadisinin milyarderlərinin süni intellekt vasitəsilə dünya siyasətinə nəzarəti ələ keçirmək istədikləri bildirilir.

Publika.az xəbər verir ki, Almaniyanın “Der Spiegel” jurnalı İlon Mask, Piter Til, Sem Altman və digər texnologiya maqnatlarını süni intellekt diktatorları adlandırıb. Nəşrin fikrincə, onlar hazırda seçilmiş hökumətlərin malik olduğu siyasi nüfuzu əldə etmək istəyirlər.

Texnologiya milyarderləri böyük maliyyə və resursları öz əllərində cəmləşdiriblər. Bu isə onlara siyasətə, cəmiyyətə və demokratiyanın gələcəyinə təsir göstərmək imkanı verir. Süni intellekt maqnatları keçmişdə dəmir yollarına və teleqraf şəbəkələrinə sahib olan sənaye nəhəngləri ilə müqayisə edilirlər. Lakin müasir texnologiya şirkətlərinin rəhbərləri daha böyük imkanlara – bütün dünya üçün qaydalar müəyyənləşdirmək hüququna sahib olmaq istəyirlər.

Harvard Universitetinin tarixçisi Cill Lepor hesab edir ki, onlar demokratiyanın öz yerini “maşın hökumətinə” verəcəyi “süni dövlət” qururlar.

Milyarderlər bəşəriyyəti yoxsulluqdan və xəstəliklərdən xilas edəcəklərini vəd edir, eyni zamanda süni intellektin dünyanı məhv edə biləcəyi barədə xəbərdarlıq edirlər.

Leporun fikrincə, hər iki halda onlar bütün bəşəriyyətin taleyini müəyyənləşdirmək hüququnu özlərinə aid edirlər. Nəşr texnologiya maqnatlarının qlobal fəlakətlərə fəal şəkildə hazırlaşmasına da diqqət çəkib.

Mark Zukerberq Havay adalarında yeraltı sığınacağı olan nəhəng kompleks inşa etdirir. Sem Altman isə qızıl, su, dərman preparatları və müdafiə vasitələri ehtiyatı topladığını açıqlayıb. (Musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm