Ekologiya
Quba və Qusarda nadir bitki növləri
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Botanika İnstitutunun mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən “Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı bitkilərin növbəti monitorinqi həyata keçirilib.
Publika.az-a bildirir ki, bu barədə ETSN-dən məlumat verilib.
Məlumatda bildirilir ki, ekspedisiyanın əsas məqsədi yüksək dağlıq ərazilərdə yayılan nadir bitki növlərinin monitorinqinin aparılması, onların yaşayış mühiti və nəslinin kəsilmə səbəbləri haqqında məlumatların toplanmasıdır.
Böyük Qafqazın Quba və Qusar rayonlarına aid ərazisində keçirilən çöl tədqiqat işləri zamanı dəniz səviyyəsindən 2000-3500 metr yüksəklikdəki nadir bitki növləri tədqiq edilib. Tədqiq olunan növlərin əksəriyyəti Qafqazın və Azərbaycan florasının endem-subendem növləri olub, kiçik və fraqmentləşmiş yayılma sahələrinə malik nadir növlərdir.
Həmin növlərin statuslarının qiymətləndirilməsi üçün fotoşəkilləri çəkilib, GPS koordinatları müəyyənləşdirilməklə digər vacib məlumatların qeydiyyatı aparılıb.
(azərtac)
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
-
Maraq dünyası10:12Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya
-
Nəqliyyat06:16150 manat cərimə oluna bilərsiz - Sürücülərin diqqətinə!









.jpg)



























