Ekologiya
Azərbaycandakı zəlzələ Türkiyədəkinin davamıdır? - Türk seysmoloq açıqladı - VİDEO
Xəbər verdiyimiz kimi, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzəndə 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.
Azərbaycanda baş vermiş zəlzələ ilə bağlı türkiyəli seysmoloq Naci Görür Publika.az-a açıqlama verib.
O bildirib ki, Azərbaycan və Türkiyənin iqlimi bir-birindən fərqlənir:
“Ona görə də gecə olan zəlzələni Türkiyədə olan zəlzələ ilə müqayisə etmək olmaz. Çünki hər bir ölkənin seysmiklik xüsusiyyətləri və zəlzələ ocaqlarının dinamikası fərqlidir. Türkiyədə baş vermiş dəhşətli zəlzələdən artıq 5 ay keçib. Ona görə də Bakı və bölgələrdə olan zəlzələni Türkiyədə olan zəlzələnin davamı kimi dəyərləndirmək olmaz”.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 min, yaralı sayı 100 min nəfərdən çoxdur.
Aysel Şahmar
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama
-
Magazin206:16Kendall Cenner məşhur brendin reklamı üçün soyundu - FOTO/VİDEO












.jpg)


























