Ekologiya
Torpaq suya həsrət, quraqlıq fəlakəti başlayır: 2041-ci il...
Türkiyə son 33 ilin ən quraq dövrünü yaşayır. Ölkənin 42 faizinin rütubətli, 8 faizinin isə çox quru torpaq olduğu anlaşılsa da, 2041-ci ildə quraqlığın hər yerdə fəsad törətməsi riski var.
Publika.az xəbər verir ki, qlobal iqlim dəyişikliyi və artan ekstremal iqlim hadisələri bütün dünyaya mənfi təsir göstərsə də, Türkiyənin avqust ayı yağış hesabatı böyük narahatlığa səbəb olub.
Meteorologiya Ümumi Müdirliyinin açıqladığı məlumatlara görə, avqust ayı yağıntıları ölkə daxilində son 33 ilin ən aşağı səviyyədə ölçülərkən, Mərmərə Bölgəsində yağıntı nisbətləri keçmişlə müqayisədə 100-də 90 azalıb. 40 illik məlumat analizindən əldə edilən yeni araşdırma Türkiyəni gözləyən böyük fəlakəti ortaya çıxarıb.

2041-ci ildə böhran ola bilər
Dos. Dr. Doğukan Doğu Yavaşlı tərəfindən aparılan son quraqlıq analizi araşdırmasında, ölkənin 100-də 42-nin nəmli, 100-də 8-nin isə çox quru torpaqlara sahib olduğu müəyyən edilib. Ən optimist ssenaridə belə, quru sahələrin bir neçə dəfə artacağına diqqət çəkilib. Bu vəziyyətin kənd təsərrüfatı məhsullarının və su ehtiyatlarının ciddi şəkildə azalmasına səbəb olacağı bildirilir. Ən çox təsirlənəcək bölgələr Orta və Cənub-Şərqi Anadoludur. 2041-ci ildən sonra quraq iqlim şəraitinin bütün Türkiyə üçün böhrana çevrilməsi riski var.
Hesablamalara görə, Fərat və Dəclə çaylarını qidalandıran Şərqi Anadolu dağlarında qar örtüyü cəmi 40 ilə yox olacaq. Fərat-Dəclə hövzəsinin suları əsasən Türkiyə, İraq, Suriya və İran tərəfindən paylaşılır. Tarixdən bu günə qədər geniş şəkildə istifadə edilən bu sular bu gün 65,5 milyon insanın bilavasitə istifadə etdiyi təxmin edilir. Yağışların azalması səbəbindən bölgədə suyun miqdarı azalarkən, artan kənd təsərrüfatı fəaliyyətləri suyun azalmasına səbəb olur. Fərat və Dəclə çaylarının sularından istifadə etməklə həyata keçirilən və həyata keçirilməsi planlaşdırılan kənd təsərrüfatı suvarma işləri və su elektrik stansiyaları hazırkı vəziyyətdə dayanıqlı deyil.
Aysel Şahmar
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?


























.jpg)
.jpg)






