Ekologiya
ŞOK ARAŞDIRMA: fillər bu xüsusiyyətə görə insanlardan sonra ikinci ola bilərlər
Kolorado Dövlət Universitetinin amerikalı zooloqları fillərin bir-birini adla çağırdıqlarını müəyyən ediblər. Üstəlik, onlar səslərin fərdi birləşmələrindən istifadə edərək həmyaşıdlarını tanıyır və digər növlər kimi sadəcə səslərini kopyalamırlar.
Publika.az xəbər verir ki, bu barədə "Nature Ecology & Evolution" (NEE) jurnalında dərc olunan araşdırmada deyilir.
Komanda 1986-2022-ci illər arasında Keniyanın Samburu Milli Oyun Qoruğu və Amboseli Milli Parkında qeydə alınan fil çağırışlarını təhlil edib. Maşın öyrənmə alqoritmindən istifadə edərək, onlar 101 filin çıxardığı və 117 filin qəbul etdiyi 469 fərqli səsi müəyyən ediblər.
Məlum olub ki, heyvanlar geniş akustik spektrdən istifadə edirlər - qulaqları karlaşdıran trubadan tutmuş, insan qulağı üçün əlçatmaz olan sakit gurultuya qədər.
Fillər həmişə bir-birini adla çağırmırdılar. Adətən onlar müəyyən bir qohuma çox uzaqda, həmçinin gənc heyvanların diqqətini cəlb etmək istədikdə müraciət edirdilər.
Alimlər müəyyən ediblər ki, fillər arasında ən çox yayılmış ad harmonik cəhətdən zəngin, aşağı tezlikli səs kimi səslənir. Tədqiqatçılar bir neçə oxşar zəngləri qeyd etdiblər və onları bir qrup heyvana səsləndiriblər. Heyvanlar onların çağırışına enerjili cavab veriblər, lakin digər heyvanların adları səslənəndə daha az həvəsləniblər.
Zooloqlar hesab edirlər ki, fillər yer üzündə insanlardan sonra öz qohumları üçün fərdi adlar yaradan ikinci növ ola bilər.
Hüseyn İbadlı
-
Region14:42
İranlıların arağına ”haram” qatan 4 nəfər edam edildi
-
Yaxın Şərq14:24
"Hizbullah" Netanyahunun yataq otağını vurub: Baş nazir və xanımı Sara...
-
Qarabağ 13:35
Ərdoğan Bakı və İrəvanın sülh uğrunda səylərini yüksək qiymətləndirdi
-
Region12:11
Tavuş rayonunun yolu partladılacaq: Ermənilərə xəbərdarlıq edildi - VİDEO
-
ABŞ11:28
Bu 3 ölkə ABŞ-da seçkiləri pozmaq istəyir - Kəşfiyyat İdarəsi İZƏ DÜŞDÜ
-
Dünya11:08
Fətullah Gülənə rəhmət diləyən aparıcıya görün hansı cəza verildi - FOTO
-
Sosial10:35
Pensiya alanların nəzərinə!
-
Hadisə10:02
Bakıda aktyor və həyat yoldaşı qətlə yetirildi