Çaylarda suyun səviyyəsi artdı, Şinçaydan sel keçdi
Bizi izləyin

Ekologiya

Çaylarda suyun səviyyəsi artdı, Şinçaydan sel keçdi

Ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Lənkəran Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsi 6, Viləşçayda 2, Balakən-Şəki bölgəsi ərazisindən axan Katexçayda 3, Əyriçayda 120, Qarasuçayda 103, Qusar rayonu ərazisindən axan Qusarçayda 43, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Bərgüşadçayda və Oxçuçayda 1, Həkəriçayda isə 4 sm artım müşahidə olunub.

Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 23-ü saat 11:00-a olan məlumatında bildirilir.

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, gecə saatlarında Şəki rayonu ərazisindən axan Şinçaydan sel keçib: "Hazırda çayda azalma müşahidə olunur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm