Ekologiya
Nazirlik balıq ovu ilə bağlı əhaliyə çağırış etdi
Balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabrın 1-də bitir.
Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırıb ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə olunmalı, kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə edilməməlidir:
"Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar", - deyə məlumatda qeyd olunub.
-
Ekologiya07:17Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Magazin206:16Yeni imici ilə göz oxşadı - “Hiss edirəm, çox gözəl şeylər olacaq”
-
MDB05:45Belqoroda kütləvi PUA HÜCUMU - 3-ü uşaq olmaqla 13 nəfər yaralandı
-
ABŞ04:14Pentaqon hərbi podratçılara 21 gün vaxt verdi - İranla münaqişə səbəbindən...
-
Magazin102:12İrina Şeyk kiçik bikinidə pozalar verdi - FOTO
-
Magazin200:45Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
-
Avropa00:30İspaniyanın Baş nazirin fotodakı qəribə detalı sosial şəbəkədə viral oldu - FOTO
-
Magazin100:15Röya Ayxanın 2 günlük konserti böyük coşqu ilə yadda qaldı - VİDEO



















.jpg)







.jpg)








