Ekologiya
Alimlər açıqladı: bu buzlaq 2040-cı ilədək yoxa çıxacaq
İtaliyanın şimal-şərqindən keçən Alp dağlarının Marmolada zirvəsindəki buzlaq 2040-cı ilə qədər yoxa çıxacaq.
Publika.az xəbər verir ki, bu proqnozla Padua Universitetinin alimləri çıxış ediblər.
Onlar Dolomitlərdəki ən böyük buzlağın qalınlığının nəzərəçarpacaq dərəcədə azaldığını bildirirlər. Buzlaq gündə 7-10 santimetr əriyir.
Bildirilir ki, təxminən 136 il əvvəl buzlaq 500 hektar ərazini əhatə edirdi və 700 futbol meydançası böyüklüyündə idi. Son 5 ildə o, 70 hektar və ya təxminən 98 futbol meydançasına bərabər olan ərazini itirib. 1888-ci ildən bəri isə buzlağın qalınlığı 3500 metrdən 1200 metrə geriləyib. Həmin dövrdən bu yana buzlaq ərazisinin 80 faizdən, həcminin isə 94 faizdən çoxunu itirib.
Araşdırmaya görə, İtaliyanın ən böyük buzlaqlarından biri sayılan Marmolada buzlağının qalan ömrü 13-22 ildir.
-
ABŞ22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?








































